AZ

Rusiyaya gedən 10 mindən çox yük maşını Qazaxıstan sərhədində qalıb – ÖZƏL

Qazaxıstan sərhədində 10 mindən çox Rusiya yük maşını artıq ikinci aydır ki, dayanıb. Buna səbəb gömrük orqanlarının gücləndirilmiş yoxlamalarıdır. 

Olaylar.az xəbər verir ki, "ArbatMedia"nın məlumatına görə, satıcılar milyonlarla rubl dəyərində mal itirib, çatdırılma müddətləri isə bir neçə həftədən aylarla ölçülən səviyyəyə qədər uzanıb.

Qazaxıstan Çin, Türkiyə və Qırğızıstandan Rusiyaya gedən yüklər üçün əsas tranzit dəhlizi rolunu oynayır. Lakin sentyabr ayının əvvəlindən başlayan problemlər hələ də həllini tapmayıb. Nəqliyyat böhranının əsas səbəbi - "boz idxal"ın qarşısını almaq üçün gömrük nəzarətinin sərtləşdirilməsidir.

Yük maşınları faktiki daşınan malların sənədlərdə göstərilənlərlə uyğunluğunun yoxlanması səbəbindən dayandırılıb. Məsələn, avtomobil qış geyimləri daşıyır, lakin sənədlərdə bu yük "avtoehtiyat hissələri" kimi qeyd olunub. Uyğunsuzluq aşkarlanan mallar müvəqqəti anbarlara qaytarılır və yalnız düzgün bəyannamə və nişanlama olduqda geri alınır.

Gecikmələr səbəbindən satıcılar və alıcılar artıq mövsümi mallarını itiriblər. Bəzi tacirlər, məsələn, Helouin bəzəklərinin çatdırılmamasından şikayət ediblər.

Rusiyalı satıcılar bildiriblər ki, sərhəddə müxtəlif yüklər - geyim, avtomobillər, tez xarab olan məhsullar və hətta "ekspress çatdırılma" malları ilişib qalıb. Əvvəllər bu daşımalar bir neçə gün və ya iki həftə çəkirdisə, indi aylarla uzanır.

Mütəxəssislərin fikrincə, yaxın zamanda logistika və malların qiyməti azı iki dəfə artacaq. Kiçik karqo şirkətlərini iflas təhlükəsi gözləyir. Bir çox satıcılar isə məcburən rəsmi, sertifikatlı idxala keçməli olacaqlar. Hazırda bəzi logistika şirkətləri marşrutlarını dəyişərək yükləri Ussuriysk və Belarus üzərindən yönləndirir.

İdxalçılar həmçinin "vasitəçilərin" peyda olduğunu bildiriblər, onlar sərhədi daha tez keçmək üçün 300-1000 dollar arasında rüşvət tələb edirlər. Bəzi hallarda bu məbləğ yükün dəyərinin 10 faizinə qədər çata bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr