Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 50 illikyubiley tədbirləri çərçivəsində “Funksional analiz və tətbiqlərininmüasir problemləri” mövzusunda beşgünlük elmi vorkşop öz işinəbaşlayıb.
Vorkşop çərçivəsində Avstriyanın Qrats TexnologiyaUniversitetinin Riyaziyyat, Fizika və Geodeziya fakültəsinindekanı, funksional analiz sahəsində tanınmış alim professor JussiBehrndt AzMİU-nun qonağıdır.
Vorkşopun açılışında professor Jussi Behrndt “Sinqulyarpotensiallı diferensial operatorlar” mövzusunda elmi məruzə iləçıxış edib. Məruzədə funksional analizdə sinqulyar potensiallarınrolu, onların spektral nəzəriyyədə tətbiqləri, müasir elmiyanaşmalar və praktiki əhəmiyyətindən bəhs olunub. Vorkşopinteraktiv müzakirə şəraitində keçib, iştirakçılar professorunbeynəlxalq tədqiqat istiqamətləri və bu sahədə son elmiyeniliklərlə tanış olublar.
Beş gün davam edəcək vorkşop çərçivəsində professor Behrndt“Zəif əlaqəlilik fenomeni və dayanıqsızlıq”, həmçinin “RobinLaplasianlarının yeni sinfi” mövzularında məruzələr təqdim edəcək,AzMİU alimləri ilə birgə elmi müzakirələr aparacaq.
Qeyd edək ki, əsasən mühəndislik ixtisasları ilə seçilənAzMİU-da elmi tədqiqat potensialının artırılmasında tətbiqielmlərin, xüsusilə də riyaziyyatın və funksional analizistiqamətinin rolu böyükdür. Bu istiqamətdə keçirilən vorkşoplaruniversitetdə elmin tədrisə inteqrasiyası və gənc tədqiqatçılarıninkişafı üçün mühüm elmi platforma yaradır.
AzMİU-da bu kimi tədbirlər universitetin tədqiqat yönümlü alitəhsil müəssisəsinə çevrilməsi istiqamətində atılan uğurluaddımların bariz nümunəsidir. Universitet rəhbərliyininstrategiyasına uyğun olaraq, elm və beynəlxalq əməkdaşlığın sinteziyeni nəsil tədqiqat mühitinin formalaşmasına xidmət edir.
Bu prosesdə AzMİU-nun beynəlmiləlləşdirilməsi ilə paralel olaraqelmin də qlobal elm arenasına inteqrasiyası istiqamətində əsasprioritetlərdəndir. Aparıcı dünya universitetlərinin elmipotensialı AzMİU-ya inteqrasiya olunur, eyni zamanda AzMİU-nun elminəticələri və alimləri qlobal elmi arenaya çıxış əldə edirlər.