AZ

Tarixi Zəfərimiz Azərbaycanın uğur səhifələrini daha da zənginləşdirdi - Vüqar Rəhimzadə

Bakı. Trend:

Artıq 5 ildir ki, tarixi Zəfərimizin reallıqlarını yaşayırıq.Azərbaycanın artan beynəlxalq nüfuzu, qlobal geosiyasi gücü,beynəlxalq proseslərə təsir imkanları Prezident İlham Əliyevinrəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqinəticəsidir. Azərbaycan bu gün beynəlxalq birlik tərəfindən çoxböyük rəğbətə layiq olan ölkə kimi nüfuz qazanıb. Dövlət başçısıİlham Əliyev istər 7 fevral 2024-cü il tarixində keçirilənprezident seçkilərində inamlı qələbəsindən sonra andiçməmərasimində, istərsə də yeddinci çağırış Milli Məclisin ilkiclasında etdiyi çıxışında qarşıya qoyulan yeni hədəfləri açıqlayanzaman xarici siyasətin uğurlarından geniş bəhs edərək bildirdi ki,yeni dövrdə bu istiqamətdə yeni üfüqlər açmalıyıq. Əgər əvvəlkidövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycanmünaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki,gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləriüstünlük təşkil etməlidir. Biz dünyanı narahat edən problemlərinhəllində daha fəal olacağıq.

Müasir dövrdə Azərbaycan Cənubi Qafqazın əsas söz sahibi kimimürəkkəb geosiyasi şəraitdə müstəqil və balanslaşdırılmış xaricisiyasət həyata keçirir. Azərbaycanın həm Qərb, həm də Şərq ölkələriilə qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan münasibətlərqurması bu siyasətin mühüm nəticələrindən biridir. Bu gün ölkəmizinmöhkəmlənən mövqeyi göz qabağındadır. Tarixi Zəfərimiz, ərazibütövlüyümüzün bərpası, tam Qələbəmiz Azərbaycanın bütün sahələrdədavamlı uğurlarına stimul oldu. Dövlətimizin ədalətə və beynəlxalqhüquqa söykənən siyasətinə beynəlxalq dəstək hazırkı dövrünreallıqlarında özünün aydın ifadəsini tapır. Azərbaycanın qlobalproblemlərin həllində söz sahibliyi, mövqeyinə verilən önəmdiqqətdən kənarda qalmır. Buna bariz nümunə kimi təkcə ötən ilölkəmizin ev sahibliyi etdiyi, dünyanı Azərbaycana toplayan COP29iqlim konfransını qeyd etmək kifayətdir. Bu mühüm qərarAzərbaycanın beynəlxalq nüfuzunun, hər bir sahədə zəngin təcrübəyəmalik olmasının, sözünün imzası qədər əhəmiyyətinin təqdimatı oldu.Dövlət başçısı İlham Əliyev bu konfransı iqlim diplomatiyasındadönüş nöqtəsi kimi dəyərləndirdi. Bir daha qeyd olundu ki, bu,çoxtərəfliliyin təntənəsidir. Prezident İlham Əliyev bu məqamı daxüsusi qeyd etdi ki, COP29 böyük bir çağırış və böyük imkan idi.Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi.

Təbii ki, Azərbaycan bu istəyinə nail oldu. Sözügedən çağırışıəsl həqiqətdə böyük uğura çevirdi. Yeni körpülər quruldu. Bakınailiyyəti kimi tarixə yazılan COP29 növbəti COP-lar üçün böyükstimul olacaq. Bu tədbir, eyni zamanda, Azərbaycan üçün böyük birtəqdimat idi. Çünki regionda hələ buna bənzər, bu qədər qonağıniştirak etdiyi ikinci belə tədbir keçirilməyib. Qürurvericidir ki,Azərbaycan müxtəlif hədəflərə nail olub, dünyaya təqdim etdiyiinkişaf modelini dövrün cağırışlarına uyğun olaraq daha datəkmilləşdirir, yeniləşdirir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın iqtisadigücünün artması, ordu quruculuğunun daim prioritetdə saxlanılmasıvə dövlət idarəçiliyində şəffaflıq prinsiplərinin tətbiqi Prezidentİlham Əliyevin siyasi kursunun əsas dayaqlarıdır. Hazırda ölkəmizinreallaşdırdığı enerji layihələri və regional inteqrasiyaya xidmətedən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin və qarşılıqlıetimadın təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı,Azərbaycan beynəlxalq miqyasda da sülhyaratma proseslərinin fəaliştirakçısı kimi çıxış edir, səmərəli təşəbbüsləri və realfəaliyyətləri ilə qlobal sülhün, təhlükəsizliyin möhkəmlənməsinədəyərli töhfələr verir. Ölkəmizin ədalətə və beynəlxalq hüquqasöykənən siyasətinə beynəlxalq dəstəyin əsas göstəricisi bu ilinavqust ayında əldə olunan Vaşinqton razılaşmaları oldu.Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərininiştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərisülh müqaviləsinin mətnini parafladılar. Həmin gün AzərbaycanPrezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar.ABŞ Prezidenti Donald Tramp buna şahid qismində imza atdı. Bundanəlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyətiolmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədarstrukturların bağlanması üçün birgə müraciət ünvanladılar.Sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədəqərar qəbul etdi. Vaşinqton razılaşmaları sırasında Zəngəzurdəhlizinin açılması məsələsini xüsusi qeyd etməliyik. Prezidentİlham Əliyev bu günlərdə Qazaxıstana dövlət səfəri çərçivəsindəZəngəzur dəhlizinin 2028-ci ilin sonuna qədər açılacağını bildirdi.Vaşinqton razılaşmaları sırasında ədalətsiz 907-ci düzəlişin ləğvidə mühüm hadisə oldu. Bütün bunlar ümumilkdə Azərbaycanınbeynəlxalq nüfuzunun, ən əsası sülh, təhlükəsizlik çağırışlarınıreal addımları ilə təsdiqləməsinin, ədalətə, beynəlxalq hüququnnorma və prinsiplərinə böyük önəm verməsinin nümayişidir.

Vüqar Rəhimzadə vurğulayıb ki, son beş ilin əsas hədəflərindənbiri təbii ki, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramınınuğurlu icrasıdır. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarınaqayıtması, orada yüksək yaşayış şəraitinin təmin edilməsi üçüngenişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. BöyükQayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda şəhər vəkəndlər yenidən tikilir, müasir infrastruktur layihələri icraolunur, yeni yollar salınır, istehsal müəssisələri yaradılır,soydaşlarımızın məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlərgörülür, mərhələ-mərhələ bu torpaqlara qayıdış gerçəkləşdirilir.Hazırda Qarabağ və Şərqi Zəngəzurda bura köçürülən keçmiş məcburiköçkünlərlə yanaşı, bu bölgədə reallaşdırılan layihələrin icrasındaçalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidmətivəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə,təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrindəişləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla,ümumilikdə, 60 minə yaxın insan yaşayır.

Son beş ildə işğaldan azad edilmiş ərazilərdə 3 yeni beynəlxalqhava limanı, avtomobil və magistral yolları, yeni dəmir yoluinfrastrukturu inşa olunub, həmçinin yaşayış evləri, səhiyyəmüəssisələri, təhsil ocaqları və digər sosial infrastrukturuntikintisi davam etdirilir. İşğaldan azad edilmiş ərazilərin bərpasıprosesində enerji infrastrukturunun yenidən qurulmasına və enerjitəhlükəsizliyinin təmin edilməsinə xüsusi önəm verilir. “Yaşılenerji zonası” elan edilmiş və 10 min meqavat yaşıl enerji üzrətexniki potensiala malik Qarabağ və Şərqi Zəngəzurda Günəş və küləkenerjisi layihələri sürətlə həyata keçirilir. Burada “ağıllışəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir,ekosistem bərpa olunur.

Son beş ildə üç Azərbaycan Milli Şəhərsalma forumlarınınkeçirilməsi də mühüm məqamların təqdimatında əhəmiyyətli roloynayır. Hər bir Forum görülən işlərin təqdimatıdır. Oktyabrın15-də Xankəndi şəhəri Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunaev sahibliyi etdi. Dövlət başçısı İlham Əliyev Forumiştirakçılarına müraciətində bu rəqəmləri də açıqladı ki, regionunümumi planlaşdırılması başa çatıb. 13,6 min kvadratkilometr əraziniəhatə edən bu plan əsasında 1,1 milyon nəfərdən çox insanın doğmaşəhər və kəndlərində məskunlaşması üçün yenidənqurma işləri icraolunur. Əhalisi 300 min nəfərdən çox olan 8 şəhər və 90 kəndin Başplanları artıq təsdiqlənib. İşğaldan azad olunmuş 6 şəhər, 2 qəsəbəvə 20 kəndə insanlar geri qayıdaraq məskunlaşıb.

Millət vəkili bildirib ki, tarixi Zəfərimizin Azərbaycanınqarşısında açdığı imkanları, qazandırdığı uğurları bir yazıçərçivəsində əhatə etmək çətindir. Bu gün qalib, bütövləşən, yenidövrə qədəm qoyan Azərbaycana hansı sahədən baxsaq böyük uğurlarınşahidi olarıq. Dayanıqlı iqtisadi tərəqqinin güclü sosial siyasətlətamamlanması, ordu quruculuğu sahəsində mühüm addımların atılması,iqtisadi müstəqilliyin möhkəmlənməsi fonunda Azərbaycanınbeynəlxalq rolunun artması diqqətdən kənarda qala bilməz. Ötən ilindekabrında Azərbaycanın D-8 təşkilatına üzv qəbul olunmasını daqeyd etməliyik. Bu, Azərbaycanın növbəti uğuru kimi tarixə yazıldı.Bu gün Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi dövründən dədaha güclü, qüdrətlidir. 2023-cü ilin 19-20 sentyabr tarixlərindərəşadətli ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə həyata keçirdiyi bir günlük antiterror tədbirlərinəticəsində suverenliyimizin tam bərpa olunması bunun bariznümunəsidir.

Bir sözlə, uğurlarımızı sadalamaqla bitməz. Dövlət başçısı İlhamƏliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya vəSuverenlik İli” elan edilməsi Azərbaycanın 5 illik Zəfər yolunun,eyni zamanda, milli Konstitusiyamızın qəbulundan ötən 30 ilinreallıqlarının təqdimatında əhəmiyyətli rol oynayır. Hər bir uğur,Zəfər növbəti hədəflərin, çağırışların başlanğıcıdır. Dövlətbaşçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi,yeni dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq.

Məqalədə:
Seçilən
20
6
az.trend.az

7Mənbələr