AZ

Dani Alveş kilsədə vaizlik etməyə başladı - VİDEO

“Barselona”nın və Braziliya millisinin əfsanəvi futbolçusu Dani Alveş Jirona şəhərində kilsədə vaizlik etməyə başlayıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, ibadət zamanı insanlara müraciət də edib:

“Allaha iman gətirmək lazımdır. Mən bunun canlı sübutuyam. Tanrı ilə əhd bağlamışam”.

Qeyd edək ki, Dani Alveş cinsi təcavüzdə ittiham olunaraq həbs edilmişdi. O, bir neçə ay öncə bəraət alaraq azadlığa buraxılıb. 

"Cebheinfo.az"

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr