AZ

Qırmızı işıqda keçən sürücü yolayrıcında iki maşını vurdu ANBAAN VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə qaydalara ciddi riayət etməklə bağlı müraciət yayıb. Mərkəzin məlumatında bildirilib ki, bir çox yol-nəqliyyat hadisələri sürücülərin svetoforun qırmızı işığında dayanmayaraq hərəkəti davam etdirməsi səbəbindən baş verir.

“Müşahidələr göstərir ki, bəzi sürücülər qaydalardan məlumatlı olsalar da, qəsdən svetoforun qırmızı işığında keçirlər. Halbuki “Yol hərəkəti haqqında” Qanunun 59-cu maddəsinin III hissəsinə əsasən, qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi hərəkəti qadağan edir. Təəssüf ki, cəmi 3-5 saniyə irəli düşmək istəyi bəzən insan həyatına başa gəlir,” – məlumatda qeyd olunur.

Mərkəz sürücülərə bir daha xatırladıb ki, qanunvericiliyin tələblərinə əməl etmək, svetoforun və nizamlayıcının siqnallarına uyğun hərəkət etmək hər bir yol hərəkəti iştirakçısı üçün məcburidir. Bu isə yollarda ən təhlükəsiz və rahat hərəkət şəraitinin təminatıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
avtosfer.az

1Mənbələr