Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Barselona”nın sabiq futbolçusu Dani Alveş Kataloniyada yerləşən bir kilsədə ruhani rəhbər kimi fəaliyyətə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə “El Espanol” nəşri məlumat yayıb.
42 yaşlı veteran futbolçu Jirona şəhərindəki Elim kilsəsində dindarların qarşısında duyğulu çıxış edib:
“Siz Allaha inanmalısınız. Mən bunun canlı sübutuyam. Mən Allahla əhd bağlamışam.Tufanların, çətinliklərin içində həmişə Tanrının bir elçisi olur. Mənim həyatımın ən ağır anında o elçi məni tapdı, kilsəyə gətirdi, yola saldı və bu gün mən Tanrının yolundayam”.
Qeyd edək ki, Alveş ötən illərdə cinsi təcavüz ittihamı ilə 14 ay müddətinə həbs edilmiş, daha sonra isə bəraət almışdı. O, 2008-2016, 2021-2022-ci illərdə "Barselona"da çıxış edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.