"Yəqin ki, gələcəkdə hibrid model tətbiq olunacaq - yəni təlimlər həm Aİ daxilində, həm də Ukraynada keçiriləcək", - deyə Klansi qeyd edib. O həmçinin əlavə edib ki, hər bir Aİ ölkəsi öz qərarını müstəqil şəkildə verəcək hansı ölkələrin təlimatçı göndərəcəyi və bunun nə vaxt baş verəcəyi onların seçimindən asılı olacaq. Bəzi ölkələrin bu missiyada iştirak etməmək üçün müəyyən istisnalar irəli sürə biləcəyi də ehtimal olunur.
Euractiv bildirir ki, Aİ-də təlim proqramını Ukraynaya köçürmək ideyası artıq bir ildən çoxdur müzakirə olunur. Lakin o zaman üzv dövlətlər bu təşəbbüsü dəstəkləməmişdilər. İndi isə ABŞ-nin münaqişənin nizamlanması istiqamətində səylərini gücləndirməsi fonunda bu ideya yenidən aktuallaşıb.
Qeyd edək ki, Avropa İttifaqının 2022-ci ildə başladığı Ukraynaya dəstək missiyası çərçivəsində indiyədək 80 mindən çox ukraynalı hərbçi təlim keçib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31