AZ

Pakistan Senatının sədri Azərbaycandadır

Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Pakistan Senatının sədrini Milli Məclis sədrinin müavini Musa Qasımlı, parlamentin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamaləddin Qafarov və digər rəsmi şəxslər qarşılayıblar.

Seçilən
39
39
operativmm.az

10Mənbələr