GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Rusiya “Burevestnik” raketindən daha qorxulu və güclü olacaq yeni silah növü üzərində işləyir”.
Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Andrey Kolesnik deyib.
“Düşünürəm ki, Rusiya artıq “Burevestnik”dən daha dəhşətli və güclü bir şey hazırlayıb. Belə silah düşmən üçün daha toxunulmazdır, görünməzdir”, – o bildirib.
Kolesnikin sözlərinə görə, düşmənlər raketi yalnız dağıdıcı zərbə endiriləndən sonra görəcəklər.
Qeyd edək ki, bundan əvvəl oktyabrın 26-da Rusiya Prezidenti Vladimir Putin “Burevestnik” qanadlı raketinin uğurlu sınağından bəhs etmişdi.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.