AZ

60 il sonra uşaqların səhv salındığı üzə çıxdı–Kasıb sürücü əslində varlı ailənin övladı imiş

Yaponiyada 60 ildən sonra doğuş zamanı uşaqların səhv salındığı məlum olub. South China Morning Post qəzetinin məlumatına görə, hadisə 1953-cü ildə Tokiodakı “San-ikuqay” xəstəxanasında baş verib.

AzPost xəbər verir ki, illər sonra ailədaxili mübahisə nəticəsində ortaya çıxan hadisə ictimaiyyəti şoka salıb. Belə ki, iki ailənin övladları doğuşdan sonra səhvən bir-birinə qarışdırılıb. Nəticədə, varlı biznesmenin oğlu kasıb ailədə, yoxsul şəraitdə böyüyüb və ömrü boyu yük maşını sürücüsü kimi çalışıb.

Məsələ ailədə miras üstündə yaranan mübahisə zamanı təsadüfən üzə çıxıb. Qardaşlardan biri atasının qayğısına qalmaq bəhanəsi ilə böyük pay alıb, lakin az sonra onu qocalar evinə yerləşdirib. Bundan sonra ailə üzvləri mərhum ananın vaxtilə dediyi sözləri xatırlayıb — o, doğuş zamanı körpənin paltarlarının dəyişdiyini və uşaqların qarışdırılmış ola biləcəyini söyləmişdi.

Şübhələri dəqiqləşdirmək üçün qardaşlar DNT analizi etdiriblər. Nəticə gözlənilməz olub – onların “böyük qardaş” adlandırdıqları şəxs əslində onlarla qan bağlılığı olmayan bir insandır. Daha sonra araşdırma zamanı məlum olub ki, həmin şəxs, yəni yük maşını sürücüsü, doğulduğu gün xəstəxanada başqa ailənin körpəsi ilə səhv salınıb.

Səhv nəticəsində varlı ailənin övladı kasıb mühitdə, işıq və rahatlıqdan uzaq bir həyatda böyüyüb, uşaq yaşlarından işləməyə məcbur olub. O, yalnız 60 yaşında kimliyini öyrənə bilib.

Tokio məhkəməsi xəstəxananın kobud səhlənkarlığını təsdiqləyib və həmin kişiyə mənəvi zərərə görə 38 milyon yen (təxminən 20 milyon rubl) kompensasiya ödənilməsinə qərar verib.

AzPost.az

Seçilən
47
1
azpost.info

2Mənbələr