AZ

Böyük Britaniyanın Baş naziri Türkiyənin beşinci nəsil KAAN təyyarəsi ilə tanış olub

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 28 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ankaraya səfəri zamanı KAAN beşinci nəsil hərbi təyyarə layihəsinin hazırlandığı TUSAŞ müdafiə şirkətində olub.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniya Baş nazirini Türkiyənin milli müdafiə naziri Yaşar Güler müşayiət edib.

Kir Starmer Türkiyənin prioritet müdafiə layihələrindən birinin realizə prosesi barədə məlumatlandırılıb, KAAN təyyarəsinin prototipi ilə tanış olub.

Britaniya nümayəndə heyətinə həmçinin Britaniya müdafiə naziri Con Hili və Hərbi Hava Qüvvələrinin baş komandanı Harv Smit də daxil olub.

Qeyd edək ki, Almaniya kansleri Fridrix Merts Ankaraya səfər edəcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
6
azertag.az

7Mənbələr