Dövlət başçısı zəlzələdən təsirlənən vətəndaşlara "keçmiş olsun" diləklərini çatdırıb:
"Balıkəsirin Sındırgı rayonunda baş verən və ətraf bölgələrdə də hiss olunan zəlzələdən təsirlənən vətəndaşlarımıza keçmiş olsun arzularımı çatdırıram".
Ərdoğan qeyd edib ki, AFAD başda olmaqla bütün aidiyyəti qurumlar hadisə yerindədir:
"AFAD-ımız başda olmaqla əlaqədar qurumlarımız sahədə araşdırma və yoxlama işlərini diqqətlə davam etdirir, prosesi yaxından izləyirik".
Hazırda Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və digər müvafiq qurumlar bölgədə dağıntıların miqyasını qiymətləndirir, təhlükəsizlik tədbirlərini gücləndirir və zərərçəkənlərə yardım göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31