AZ

Şərurlu İsfəndiyar Elman Nəsirovun qızına ev vermək istədiyini açıqladı - Video

Elman Nəsirov ictimai xadimdir. Millət üçün, xalq üçün o, əhəmiyyətli adamdır. Onun nüfuzuna xələl gəlməməsi və adı hallanan qadın Elman müəllimin bir ürək parçası olduğu üçün bu məsələyə öz dəstəyimi göstərmək istəyirəm.

Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bunu "Şərur MTK"nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) deyib.

O bildirib ki, həmin qadına 5 il müddətində yaşamaq üçün ev verirəm:

“Qoy gəlib yaşasınlar. 5 ildən sonra mənzili geri qaytararlar. İstəyirəm ki, Elman müəllim haqqında gəzən söz-söhbət aradan yığışsın. Nəzərə alın ki, Elman müəllim mənim əqidə yoldaşımdır. İkimiz də YAP-ın üzvüyük. Ona görə də onu müdafiə etmək, dəstək göstərmək bizim borcumuzdur”.

Seçilən
17
15
publika.az

10Mənbələr