AZ

Bolqar tennisçi Paris Mastersin ikinci turuna yüksəldi

Dünya reytinqində 38-ci yerdə qərarlaşan bolqar tennisçisi Qriqor Dimitrov Paris Masters turnirinin ikinci turuna vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, turnirin ilk turunda Dimitrov Fransanın 56-cı reytinqdəki tennisçisi Covanni Mpetsi Perrikarı 7:6 (7:5), 6:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Dimitrov üçün Paris Masters, Uimbldon-2025-dən sonrakı ilk böyük turnirdir. London turnirində Dimitrov 1/8 final matçında italyan tennisçisi Yannick Sinnerlə görüş zamanı zədələnmişdi. O, iki set irəlidə olmasına baxmayaraq, üçüncü setdə (6:3, 7:5, 2:2) yarışı tərk etmək məcburiyyətində qalmışdı.

İkinci turda Dimitrov Rusiya tennisçisi Daniil Medvedev (11) ilə İspaniya təmsilçisi Xaume Munar arasında qalib gələnlə üz-üzə gələcək.

Seçilən
29
90deqiqe.az

1Mənbələr