AZ

Suriya Colan təpələrindən imtina edir?

Dəməşq Əhməd əl-Şaraanı yeni Suriya administrasiyasının rəhbəri kimi rəsmi olaraq tanıyacağı təqdirdə, 1967-ci ildə ələ keçirilmiş Colan təpələrinin İsraildən geri qaytarılmasını tələb etmək niyyətində deyil.

Editor.az bildirir ki, bu barədə “Times of Israel” qəzeti Livan mediasına istinadən xəbər verir. Bundan əlavə, mediada yayılan məlumatlara Suriyanın bu ilin yanvar ayından bəri ölkənin cənubunda yerləşən İsrail qoşunlarının geri çəkilməsi tələbi də daxildir. Dəməşq həmçinin İordaniya-Suriya-İsrail sərhəd bölgəsində təhlükəsizliyin təmin edilməsində israr edir: “Hazırkı sülh danışıqlarında Suriya İsraildən 1967-ci ildə ələ keçirdiyi Colan təpələrinin hissələrini geri qaytarmasını tələb etmir Suriya ölkənin cənubunda və İordaniya, Suriya və İsrail arasındakı sərhəd üçbucağında dəqiq müəyyən edilmiş təhlükəsizlik tədbirlərinin görülməsini, eləcə də ABŞ-ın Suriyaya dəstəyini tələb edir.”, – Times of Israel yazır.

//Samir Qurbanov, Editor.az

Seçilən
3
2
editor.az

3Mənbələr