AZ

Fransada təxribat səbəbindən qatar reyslərində gecikmələr olub

Fransada təxribat səbəbindən qatar reyslərində gecikmələr olub

Fransada siqnal kabellərində qəsdən törədilən yanğın səbəbindən Lion–Avinyon sürətli qatar reysləri ləğv edilib.

Fransa Dəmir Yolu Şirkəti SNCF rəsmi internet səhifəsində yayımladığı açıqlamada bildirib ki, Lion–Avinyon dəmir yolu xəttində siqnal kabellərində baş verən yanğın nəticəsində səhər saatlarından etibarən qatar hərəkətində gecikmələr və reyslərin ləğvi müşahidə olunur.

SNCF hadisənin təxribat nəticəsində baş verdiyini açıqlayaraq, yanğından zərər görmüş kabellərin bərpası üçün işlərin davam etdiyini qeyd edib.

Şirkət həmçinin paytaxt Paris istiqamətinə hərəkət edənlər də daxil olmaqla, Cənub-Şərq xəttində fəaliyyət göstərən qatarların reyslərində də yanğın səbəbindən ciddi gecikmələrin olacağını bildirib.

Nəqliyyat naziri Filipp Tabaro X-də paylaşım edərək, Valans stansiyasının cənubunda yerləşən siqnal kabellərinin qəsdən yandırıldığını və bu təxribatın qəbuledilməz olduğunu qeyd edib.

Tabaro nəqliyyatın bərpası üçün SNCF işçilərinin səfərbər olunduğunu bildirərək, təxribat törədənlərin ciddi şəkildə cəzalandırılacağını vurğulayıb.

Seçilən
42
afn.az

1Mənbələr