AZ

“Salahın çatışmazlıqları görünür”

Əfsanəvi sabiq futbolçu Pol Skoulz “Liverpul”un hücumçusu Məhəmməd Salahı tənqid edib.

90deqiqe.Az xəbər verir ki, “Fanz Word” keçmiş futbolçunun dediklərini belə çatdırıb.

“Qol vuranda belə pis görünürdü. Top daim ayağından çıxırdı. Bəzən dəhşətli hərəkətlər edirdi, amma yenə qol vururdu. Qol vura bilmədiyi zaman çatışmazlıqları açıq görünür. Əgər o, yenə qol vura bilməsə, Klopp onu ehtiyatda saxlamalı olacaq. Salah bəlkə də dünyada ən yaxşı adlandırılan oyunçular arasında ən zəifidir”.

Qeyd edək ki, Premyer Liqanın son turunda “Brentford”la oyunda Salah qol vursa da, “Liverpul” 2:3 hesabı ilə məğlub olub.

Seçilən
25
90deqiqe.az

1Mənbələr