AZ

Tramp prezidentliyəüçüncü dəfə namizəd olacaq? -Özü AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürmək fikrində olmadığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, o bu barədə çıxışı zamanı deyib.

“Üçüncü müddət üçün namizədliyimi irəli sürmək barədə, demək olar ki, heç düşünməmişəm”, – deyə o söyləyib.

Trampın sözlərinə görə, hazırda ölkədə bir çox layiqli prezidentliyə namizədlər var. Bununla yanaşı, o, özünün reytinq göstəricilərinin indiyədək olmadığı qədər yüksək olduğunu da vurğulayıb.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək. 

Onu da bildirək ki, ABŞ Konstitusiyasının 1951-ci ildə qəbul edilən 22-ci düzəlişinə əsasən, ölkədə 2 dəfədən artıq prezident seçilmək rəsmi şəkildə məhdudlaşdırılıb.

Seçilən
13
5
redaktor.az

6Mənbələr