Macarıstanın Baş naziri Viktor Orban gələn həftə ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Teleqraf xəbər verir ki, görüşdə ABŞ-nin Rusiya neftinə tətbiq etdiyi sanksiyaların Budapeştə təsirinin yumşaldılması yolları müzakirə ediləcək.
Macarıstanın Baş naziri deyib: "Mən bu məsələni prezident Trampla müzakirə etmək üçün tezliklə Vaşinqtonda olacağam. Xüsusilə Macarıstan üçün həll yolu tapmağa çalışacağıq".
Oktyabrın 23-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın ən böyük neft hasil edən şirkətlərinə qarşı sanksiyalar elan edib.