AZ

Britaniya Baş naziri Türkiyədə səfərdədir

Böyük Britaniya Baş naziri Keir Starmer Türkiyədə səfərdədir.

APA-nın yerli bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Britaniya liderini rəsmi mərasimlə qarşılayıb.

Görüş zamanı Türkiyə-Böyük Britaniya münasibətləri, Rusiya-Ukrayna müharibəsi, Qəzzanın bərpası və “Eurofighter” döyüş təyyarələrinin alınması məsələləri əsas müzakirə mövzuları olacaq.

Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.

“Cebheinfo.az”

Seçilən
34
7
cebheinfo.az

9Mənbələr