ain.az, Apa.az saytına istinadən bildirir.
Ordubad-Culfa magistral yolunda qəza baş verib, sürücü ölüb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə Culfa rayonu Camaldın kəndində qeydə alınıb.
Qəza zamanı Culfa şəhər sakini G. Nəcəfovanın idarə etdiyi “KIA” markalı avtomobillə Babək rayon Vayxır kənd sakini R. Məmmədovun idarə etdiyi "DAF" markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində G. Nəcəfova hadisə yerində ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.