Bakı. Trend:
Fransız avtomobil istehsalçısı “Renault” avtomatik dayanacaqəyləcində yaranmış nasazlıq səbəbi ilə 6 fərqli modelini geriçağırmaq qərarına gəlib.
Trend bu barədə xariciKİV-lərə istinadən xəbər verir.
Məlumata görə, “Renault”un “Captur”, “Megane”, “Scenic”,“Austral”, “Rafale” və “Espace VI” modelləri bu geri çağırılmasiyahısına daxildir. Nasazlıq Fransa hökumətinin rəsmi saytındapaylaşılan məlumatda təsdiqlənib.
İstehsalçıya görə, bu problem 2024-cü il aprelin 10-dan 2025-ciil yanvarın 16-dək istehsal olunmuş (“Renault Captur II”, “RenaultMegane E-Tech”, “Renault Scenic E-Tech”, “Renault Austral”,“Renault Rafale”, “Renault Espace VI”) bir neçə yüz nəqliyyatvasitəsini əhatə edir. Həmçinin bu nasazlıq “Dacia” markasının“Duster III” modelində də (xüsusilə “böyük soyuq ölkələr üçün”versiyada, 31 oktyabr 2024 – 31 oktyabr 2025 tarixləri arasındaistehsal edilmiş avtomobillər) müşahidə edilib.