AZ

Fərid Əhmədov minifutbol yarışlarında qalib gələn Ədliyyə Nazirliyinin komandası ilə görüşüb

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ədliyyə naziri Fərid Əhmədov Dubayda keçirilən II Dünya Korporativ Oyunlarının minifutbol yarışlarında qalib gələrək turnirin qalibi olmuş Ədliyyə Nazirliyinin komandası ilə görüşüb.

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən məlumat verilib.

Nazir qalib komandanın üzvlərini əldə etdikləri yüksək nailiyyət münasibətilə təbrik edərək onların qələbəsinin ölkəmizin və nazirliyin idman uğurlarına layiqli töhfə olduğunu bildirib.

Fərid Əhmədov Nazirlik əməkdaşlarının həm peşə fəaliyyətində, həm də idman sahəsində uğurlar qazanmasının sevindirici hal olduğunu vurğulayıb.

Sonda yarışda qalib gələn Ədliyyə Nazirliyinin komandası üzvləri nazirlik tərəfindən təşəkkürnamə ilə təltif olunublar.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
4
oxu.az

5Mənbələr