"3+3" platformasının iclası ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Biz nazirlərin növbəti görüşünün keçirilmə qaydasını Azərbaycan tərəfi ilə müzakirə edirik. Nazirin sözlərinə görə, "3+3" formatı qonşu ölkələrlə münasibətlərin inkişafı kontekstində Ermənistan üçün vacib olaraq qalır", - nazir qeyd edib.
Xatırladaq ki, əvvəlki üç görüş ardıcıllıqla Moskva, Tehran və İstanbulda keçirilib.