AZ

Aida Hüseynovaya həsr olunan konfrans başa çatıb (FOTO)

Bakı. Trend:

Azərbaycan əsilli amerikalı musiqişünas, pedaqoq, sənətşünaslıqüzrə fəlsəfə doktoru Aida Hüseynovanın yaradıcılığına həsr olunan“Musiqi körpülərinin qurulması. Tədqiqatlarla və alimlərin birliyiilə” adlı onlayn konfrans başa çatıb.

Trend xəbərverir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə DövlətKomitəsinin dəstəyi və Azərbaycan-Amerika Musiqi Fondunun (AAMF)təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, ABŞ, Yaponiya,Böyük Britaniya, Rusiya və Kanadadan olan alim və tədqiqatçılariştirak ediblər.

Konfransın açılışında Azərbaycan-Amerika Musiqi Fondununtəsisçisi və icraçı direktoru Cəmilə Cavadova-Şpitsberq çıxışedərək Aida Hüseynovanın zəngin elmi fəaliyyətindən vəyaradıcılığından danışıb.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyevtədbirin mədəniyyətlərarası musiqi dialoquna verdiyi töhfəni yüksəkqiymətləndirib və iştirakçılara uğurlar arzulayıb.

Ümumilikdə 80-dən çox şəxsin qatıldığı tədbirdə “Aida Hüseynova– Ən Yaxşı Məqalə Mükafatı” uğrunda yarış keçirilib. Qiymətləndirmənəticəsində ən yaxşı məqalə müəllifləri seçilib. Birinci yerə RenaFəxrəddova və Tina Mohandas, ikinci yerə Aleksandriya Sultan fonBruseldorf və Humay Əhmədova, üçüncü yerə isə Aleksey Rumyantsev vəBehrang Nikaeen layiq görülüblər. Həvəsləndirici mükafat PolinaDesyatniçenkoya təqdim olunub.

Qeyd edək ki, Aida Hüseynova “Azərbaycan Musiqisi: MuğamdanOperaya” (Indiana Universiteti Nəşriyyatı) adlı fundamentalmonoqrafiyanın müəllifidir. Bu əsər Azərbaycan klassik musiqisihaqqında ingilis dilində yazılan yeganə əhatəli tədqiqat əsəri kimiböyük elmi və mədəni əhəmiyyət daşıyır.

Aida
Aida
Aida
Aida
Aida
Aida
Aida
Aida
Aida
Aida
Aida
Aida
Aida
Aida
Aida
Aida
Aida
Aida
Seçilən
30
1
az.trend.az

3Mənbələr