AZ

İlham Əliyev və Ərdoğan İrəvana dəvət olunublar



Azərbaycan və Türkiyə prezidentləri gələn ilin yazında keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci zirvə görüşü üçün İrəvana dəvət olunublar.

aia.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyada jurnalistlərə bildirib.

"Dəvətlər hələlik şifahidir, biz hələ heç bir sənəd göndərməmişik", - deyə Ararat Mirzoyan əlavə edib.

aia.az



Seçilən
15
3
aia.az

6Mənbələr