BAKI, 27 oktyabr. TELEQRAF
Ermənistan 2025-ci ildə beş ölkə ilə diplomatik əlaqələr qurub.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.
“Hazırda 185 ölkə ilə diplomatik əlaqələrimiz var. Bu il artıq qeyd edildiyi kimi, Pakistan, eləcə də Solomon adaları ilə diplomatik əlaqələr qurmuşuq. Həmçinin bu il Kiprdə səfirlik aça bildik, eləcə də artıq səfirimiz Macarıstanda işləyir. Omanla da əlaqələrimizi çox mühüm hesab edirik və orada səfirlik də açdıq”, - o deyib.