AZ

Qusarda15 yaşlı “avtoş” sürücü SAXLANILDI Valideyni CƏRİMƏLƏNDİ VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, görüntülərdə əks olunan və sükan arxasında əyləşərək avtomobil idarə edən azyaşlı valideyni ilə birlikdə Polis Şöbəsinə dəvət olunub. Onlarla profilaktiki söhbətlər aparılıb və valideyn barəsində tədbir görülüb.

***  24 oktyabr, 12:30

Qusarda yol-hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü videolarını sosial şəbəkə hesabında paylaşıb.

Avtosfer.az-ın məlumatına görə, 99-RD-426 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü müxtəlif ərazilərdə təhlükəli manevrlər edərək avtoxuliqanlıq “şou”su göstərib. Kadrlardan görünür ki, o, həm özünü, həm də avtomobildəki sərnişini ciddi təhlükə altında qoyub və bir neçə dəfə qəza törətməkdən son anda yayınıb.

Digər görüntüdə ön oturacaqda əyləşən sərnişin avtomobil hərəkətdə olarkən qapını açaraq çəkiliş aparıb. Bundan əlavə, sürücünün nəqliyyat vasitəsini dövlət nömrə nişanını çıxararaq idarə etdiyi və avtomobilin konstruksiyasına dəyişikliklər etdiyi də videolarda aydın şəkildə əks oıunub.

Qeyd edək ki, sürücü paylaşdığı videolardan birinin şərh bölməsində 15 yaşının olduğunu yazıb.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
avtosfer.az

2Mənbələr