AZ

Türkiyə XİN Monteneqroda baş vermiş bıçaqlı insidentlə bağlı bəyanat yayıb

Türkiyə Xarici İşlər Nazirliyi Monteneqroda türk vətəndaşlarının da daxil olduğu bıçaqlı insidentin ardından Podqoritsa rəsmiləri ilə əlaqə və koordinasiyanın fasiləsiz davam etdiyini, vətəndaşların təhlükəsizliyi üçün zəruri tədbirlərin görüldüyünü bildirib.

 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Xarici işlər naziri Hakan Fidan, Monteneqro Baş naziri Miloyko Spajiç və xarici işlər naziri Ervin İbrahimoviçlə telefon danışığı apararaq, türk vətəndaşlarının təhlükəsizliyi və hüquqlarının qorunması ilə bağlı gözləntiləri çatdırıb.

 

Türkiyə XİN-in paylaşımında Monteneqro tərəfinin bu mövzuda təminat verdiyini vurğulanıb.

 

Qeyd edək ki, Monteneqro mediasında Podqoritsada türk vətəndaşlarının iştirak etdiyi iddia edilən bıçaqlı insident barədə xəbərlər yayılıb.

Ardınca Baş nazir Spajiç sosial mediada paylaşım edərək, türk vətəndaşlarına vizasız səfər rejiminin müvəqqəti olaraq dayandırıldığını açıqlayıb.

Seçilən
10
4
operativmm.az

5Mənbələr