AZ

Rusiya hücum vertolyotunu itirdi – Ekipaj həlak oldu

Rusiya Ordusu heyət üzvlərinin öldüyü “Ka-52” Alligator hücum vertolyotundan məhrum olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın “Obozrevatel” qəzeti məlumat verib.

Bu məlumatı Rusiyanın “Fighterbomber” Teleqram kanalı təsdiqləyib.

Rusiya Ka-52 təyyarəsinin qəzaya uğrama səbəbləri və hadisənin yeri məlum deyil.

Ka-52 Alligator kəşfiyyat və hücum vertolyotudur və bu seriyalı istehsal 2008-ci ildə başlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
13
2
konkret.az

3Mənbələr