"Napoli"nin ulduz futbolçusu Kevin De Brüyne uzunmüddətli sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, "İnter"lə matçda zədələnən belçikalı yarımmüdafiəçi 3 ay meydanlardan uzaq qalacaq.

Bu barədə Neapol təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Napoli" "Qarabağ"ın Çempionlar Liqasındakı rəqiblərindən biridir. Bu komandalar noyabrın 26-da üz-üzə gələcək.

De Brüyne bu görüşdə iştirak edə bilməyəcək. 

O, bu yay azad agent kimi İtaliya klubuna qoşulub. O, burada 11 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.