AZ

Gürcüstanda bu il sürücülük vəsiqəsi alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Apa.az saytına istinadən ain.az xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 20 nəfər Azərbaycan vətəndaşı sürücülük vəsiqəsi alıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatından məlum olur. Avtomobil idarə etmək hüququnu qonşu ölkədə əldə etmiş 16-49 yaş arasında olan Azərbaycan vətəndaşlarının 10-u kişi, 10-u qadındır.

İlk doqquz ayda Gürcüstanda ümumilikdə 3 528 nəfər sürücülük vəsiqəsi alıb ki, onların 2 783-ü Gürcüstan vətəndaşı, 745-i isə əcnəbilərdir.

Qeyd edək ki, Gürcüstanda sürücülük hüququ 16 yaşdan etibarən verilir. Bu yaşda moped, kvadrasikl və trisiklləri idarə etmək hüququ əldə etmək olur.2025-ci ilin may ayının sonundan etibarən Gürcütanda əcnəbilər sürücülük vəsiqəsini yalnız yaşayış icazəsi və yaxud ölkədə 185 gündən artıq qalma haqqında arayış əsasında ala bilirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
3
apa.az

5Mənbələr