AZ

Tramp Filippinə gizli səfər edib?

AzVision.az xəbər verir ki, Filippinin Hərbi Hava qüvvələrinə (HHQ) istinad edən“Inquirer” nəşrinin məlumatına görə, bazar günü Manilaya enən təyyarə“yanacaq doldurmaq və ekipajın istirahəti üçün” bir gecə orada qalıb. Filippin HHQ “E-4B” təyyarəsinin gəlişinin “VİP səfər”lə bağlı olmadığını iddia edib. Bununla belə, hərbçilər təyyarəyə baxış və texniki xidmət göstərirlər.

“Qiyamət təyyarəsi”nin Filippinə gəlməsinin səbəbi dəqiqləşdirilməsə də, bunun ABŞ prezidenti Donald Trampın Asiya turu çərçivəsində Yaponiyaya səfəri ilə eyni vaxta təsadüf etdiyi vurğulanır.

Qeyd edək ki, “E-4B” təyyarəsində nüvə hücumu zamanı ölkənin ali rəhbərliyi üçün komanda postu yerləşdirilib. Havada yanacaq doldurmaq imkanına malik olan təyyarə bir həftəyə qədər səmada qala bilir.Təyyarədə olan bütün avadanlıq nüvə partlayışının zərərli təsirlərindən qorunur. Bu tip təyyarələrdən ABŞ-nin 43-cü prezidenti Corc Buş 2001-ci il 11 sentyabr terror aktları zamanı istifadə edib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
13
1
azvision.az

2Mənbələr