AZ

Lənkəranda məşhur turizm məkanında iaşə obyektləri bağlandı

LƏNKƏRAN, 27 oktyabr. TELEQRAF

Lənkəranın ən çox turist cəlb edən məkanlarından biri — Hirkan Milli Parkının Xanbulan gölü ətrafındakı iaşə obyektləri bağlanıb.

Teleqraf-ın cənub bürosu xəbər verir ki, bu barədəbir müddət əvvəl Milli Park rəhbərliyi göstəriş verib.

Turistlərin istirahəti üçün nəzərdə tutulmuş oturacaqlar ərazidən yığışdırılaraq kənara toplanıb, giriş hissələri xüsusi lentlərlə bağlanıb. Obyektlərə elektrik enerjisinin verilişi də dayandırılıb.

İaşə obyekti işlədən SərhadFeyziyev bildirib ki, onlardan müqavilə tələb edilib:“Sentyabrda müqavilə istədilər, sonra bu məsələ unuduldu. Dedilər ki, göstəriş var, iaşə müəssisələri sökülməlidir, çünki standartlara uyğun deyil. Bizəşifahi deyilib, rəsmi sərəncam olmayıb.

Hirkan Milli Parkından Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, iaşə obyektlərinin bağlanması ekoloji və sanitar tələblərin pozulması ilə əlaqədardır:

“Milli Park ərazisinin təhlükəli tullantılarla çirkləndirilməsi, Xanbulan su anbarına yaxın sahələrdə sanitar qovşaqların tikilməsi, köşk və oturacaqların müqavilədə göstəriləndən artıq yerləşdirilməsi səbəbindən onların fəaliyyəti dayandırılıb. Növbəti mövsümdə yalnız müəyyən edilmiş qaydalara riayət edən obyektlərin işləməsinə icazə veriləcək”.

Seçilən
39
teleqraf.com

1Mənbələr