AZ

Gədəbəydə şəhidlərin əziz xatirələri böyük ehtiramla yad edildi

ain.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

27.10.2025-ci il tarixdə 44 günlük Vətən müharibəsində Şəhid olan Gədəbəy rayonunun Çanaqçı kənd sakini Məmmədov Yasin İman oğlunun , Çalburun kənd sakinləri Mustafayev Elvin Qiyas oğlu və Müzəffərli Kənan Azər oğlunun  beşinci ildönümləri münasibətilə YAP Gədəbəy rayon təşkilatının əməkdaşları, Gədəbəy rayon RİH Başçısı aparatının məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşları, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd camaatının iştirakı ilə məzarları ziyarət olundu, ruhlarına dualar oxundu, əziz xatirələri böyük ehtiramla yad edildi.

Şəhid valideynləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə,Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdilər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
13
yeniazerbaycan.com

10Mənbələr