Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 milyon 67,54 min ton Aİ-92 markalı avtomobil benzini istehsal olunub, bu da illik müqayisədə 2,1% artım deməkdir.
Dövlət Statistika Komitəsindənverilən məlumata görə, hesabat dövründə ölkədə 13,8 min ton Aİ-95 markalı avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 45,02% azalıb.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 1 milyon 81,3 min ton avtomobil benzini istehsal olunub, bu da illik müqayisədə 1% çoxdur.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
© APA