
“Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması dönüş nöqtəsidir”.
Missiya.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib.
O xatırladıb ki, avqustun 8-də Vaşinqtonda Ermənistanın Baş naziri, Azərbaycan Prezidenti və ABŞ dövlət başçısının iştirakı ilə bəyannamə imzalanıb və İrəvanla Bakı arasında sülh sazişi paraflanıb.
"Mən tərəddüd etmədən avqustun 8-də baş verənləri dönüş nöqtəsi adlandıra bilərəm. Həmin gün Vaşinqtonda baş verənlər dönüş nöqtəsi və gələcək işlər üçün təməl daşı oldu", - deyə siyasətçi vurğulayıb.
Mirzoyanın sözlərinə görə, sənəddə bir-birinin daxili işlərinə qarışmamaq, sərhədlərin toxunulmazlığı, regionda əməkdaşlıq prinsipləri də öz əksini tapıb.
Daşqın HəsənovMissiya.Az