AZ

ABŞ ordusu maaşsız qala bilər, utancvericidir – Bessent

Şatdaun davam edərsə, hökumət noyabrın ikinci yarısından etibarən hərbçilərin maaşlarını ödəyə bilməyəcək.

Aktual.az xəbər verir ki, bu sözləri ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.

"Biz bu ayın ortalarında hərbçilərin maaşlarını Pentaqonun ehtiyat fondundan ödəyə bildik. Düşünürəm ki, noyabrın əvvəlində yenə bunu edə biləcəyik. Amma noyabrın 15-dən sonra hərbçilərimiz həyatlarını riskə atmağa hazır olsalar da, maaşlarını ala bilməyəcəklər. Utancvericidir!", - Bessent əlavə edib.

Qeyd edək ki, büdcə ilə bağlı Demokratlar Partiyası ilə yaranmış fikir ayrılıqları səbəbindən ABŞ-da oktyabrın 1-dən şatdaun elan edilib.

Seçilən
12
3
ulusum.az

4Mənbələr