Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Azərbaycanda səfərdədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Nazir müavini Bakıda siyasi məsləhətləşmələrdə iştirak edəcək.
Berris Ekinci Türkiyə səfirliyində olub, Fəxri və Şəhidlər xiyabanlarını və Türk şəhidliyini ziyarət edib.