AZ

İnsan orqanizminə idmanın təsiri

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“İdmanın insan orqanizminə olan təsirlərinin ancaq müsbət yöndə olduğu aşkarlanmışdır. İdman ümumiyyətlə fiziki atletizm və ya fiziki çevikliyə əsaslanan fəaliyyət sistemi olaraq qəbul edilir. İdmanla məşğul olmağın insan orqanizminə bir çox faydaları vardır. Məsələn: İdman insanın əhval-ruhiyyəsini yüksəldir. Belə ki, idmanla məşğul olduqdan sonra insan özünü əvvəlkindən daha yaxşı hiss edir. İdman narahatlığı və gərginliyi aradan qaldırır. Vaxtaşırı idmanla məşğul olmaq ürəyi gücləndirir, yüksək qan təzyiqini və qanda xolesterinin miqdarını nizamlayır ki, bu da bir çox xroniki xəstəliyin qarşısını alır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.

G.Quliyevin fikrincə, müntəzəm idmanla məşğul olan zaman insan kalori itirir, bu da artıq çəkilərdən xilas olmağa kömək edir, ürəyin və ağciyərin funksiyasını gücləndirir, vücudu oksigenlə tam təmin edir və damarlardakı qan dövranını artırır: “Beyin damarlarının açılmasına, beyində serotonin və melotonin hormonlarının aktivləşməsinə kömək edir.İdman, insan orqanizminin, fiziki sağlamlığın və zehnin inkişafının təkmilləşdirilməsi, bütün səviyyələrdə sosial münasibətlərin formalaşdırılması və ya rəqabət əsasında nəticələrin əldə edilməsi məqsədi ilə təsadüfi və ya planlaşdırılmış iştirak vasitəsilə, fiziki fəaliyyətin bütün formaları anlamına gəlir. Fiziki gücdən daha çox zehni işlədən şahmat kimi digər fəaliyyətlər də idman hesab edilir. Bütün zövqlərə və insanın təbiətinə uyğun idman növləri vardır və bu həyatımızın hər hansı bir anında bizim şəxsiyyətimizlə və mədəniyyətimizlə olduqca yaxından bağlılığı ola bilər. Əgər biz idmanın və oyunların (bura kiçik uşaqların oyunu da daxildir) əsas məqsəd və dəyərlərindən daha dərininə nəzər yetirsək, aydın olur ki, bütün idman növləri istər futbol, istərsə də nizə atma və ya yoqa ilə məşğul olma zəruri həyat bacarıqlarının öyrədilməsi vasitəsi kimi inkişaf etmişdir. Buna görə də idman, həm rəsmi, həm də qeyri-rəsmi olaraq təhsil proqramının mühüm bir hissəsi kimi qəbul edilir”, - deyə G.Quliyev bildirib.

Afət Tahirqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
sesqazeti.az

2Mənbələr