AZ

“İnsan nə axtarır?” adlı forum keçirilib



Sosioloq, fəlsəfə doktoru Mail Yaqub, psixologiya üzrə fəlsəfə doktoru Ramidə Oktayqızı və yazıçı-psixoloq Rövşən Abdullaoğlunun moderatorluğu ilə Üzləşmə Forumu keçirilib.

Newscenter.az xəbər verir ki, “İnsan nə axtarır?” adı altında keçirilən forumda hər üç mütəxəssis fəaliyyət istiqamətləri alanında insanların üzləşdikləri çətinliklər, onlardan çıxış yolları, bu istiqamətdə apardıqları mübarizə və ıldə edilən mümkün nəticələr barədə danışıb. Hər üç moderatorun təqdimatlarından gəlinən nəticə ondan ibarət olub ki, insan anadan olandan, vəfat edənə qədər nəsə axtarır, axtardığını tapmağa çalışır, onu tapdıqda isə başqa bir şeyin axtarışına çıxır. Beləcə insan ömrünü demək olar ki, axtarmaqla başa vurur.

İki hissədən ibarət olan Forumda moderatorlar iştirakçıları maraqlandıran suallara da cavab veriblər. Sonda forum muğam ifaları, həmçinin maraqlı suallar səsləndirən iştirakçılara kitab təqdimatı ilə başa çatıb.



Süleyman
Seçilən
11
1
newscenter.az

2Mənbələr