AZ

Rusiya bir gündə 350 Ukrayna dronunu vurub

Rusiyanın hava hücumundan müdafiə sistemləri bir gündə 350 Ukrayna dronunu vurub.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, tək elə ötən gecə ərzində 193 Ukrayna PUA zəzərsizləşdirilib.

PUA-lar Moskva və Moskva vilayəti, Bryansk, Kaluqa, Tula, Kursk, Belqorod, Orlov, Rostov, Voronej, Orenburq, Tambov, Lipetsk və Samara vilayətinin hava məkanlarında vurulub.

Bundan başqa, Rusiya MN-dən o da bildirilib ki, Rusiya ordusu Dnepropetrovsk və Zaporojye vilayətərinin sərhədində yerləşən Yeqorovka, Privolnoe, və Novonikolaevka yaşayış məntəqələrini ələ keçirib.

​​​​​​"Cebheinfo.az"

Seçilən
9
6
cebheinfo.az

7Mənbələr