AZ

ABŞ qanunsuz miqrantların həbs və deportasiyasını sürətləndirəcək

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

ABŞ-nin hökuməti ölkə boyu qanunsuz miqrantların həbs və deportasiya templərini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Fox News" telekanalına ABŞ daxili təhlükəsizlik nazirinin köməkçisi Triça Maklaflin bildirib.

Maklaflin qeyd edib ki, ümumilikdə Trampın ikinci administrasiyasının fəaliyyəti dövründə hüquq-mühafizə orqanları ABŞ-də 500 mindən çox qanunsuz miqrantı saxlayıb, daha 1.6 milyon nəfər isə deportasiya təhlükəsi altında olduğundan ölkəni könüllü tərk edib.

Daha əvvəl Tramp bildirmişdi ki, onun hakimiyyətə gəlməsindən əvvəl ölkəyə qanunsuz şəkildə təxminən 25 milyon nəfər daxil olub. ABŞ prezidenti dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirmişdi. İnauqurasiyadan sonra o, ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi haqqında fərman imzalayıb. Tramp qanunsuz miqrantların deportasiyası üzrə ABŞ tarixində ən geniş miqyaslı əməliyyatın keçirilməsini təmin etmək niyyətində olduğunu qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
oxu.az

2Mənbələr