AZ

Qızıl bahalaşıb

Qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti  1,34% azalaraq 4 082,2 ABŞ dollarına bərabər  olub. Bu barədə birja məlumatlarında qeyd olunub.

COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti də 1,27% azalaraq 47,97 ABŞ dolları olub.

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırımlarını əhəmiyyətli dərəcədə artırıb.

Fondun məlumatına görə, 2025-ci ilin doqquz ayı ərzində 38 tondan çox qızıl alınıb.

1 yanvar 2025-ci il tarixinə ARDNF-in qızıl ehtiyatı 146,6 ton təşkil edirdisə, 1 oktyabr tarixinə bu göstərici 184,8 tona çatıb. Beləliklə, Fond qızıl aktivlərini 38,2 ton artırıb.

Aytac Zeynalova

Seçilən
6
3
anews.az

4Mənbələr