ain.az, Mia.az portalına istinadən məlumat verir.
Pakistan və Əfqanıstan heyətləri İstanbulda bir araya gəliblər.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Əfqanıstan-Pakistan sərhəd toqquşmalarından sonra elan edilən atəşkəsin sülh anlaşmasına çevrilməsi üçün keçirilən görüşdə çoxsaylı məsələlərlə bağlı razılışma əldə olunub. Bəzi məsələlərin isə msələhətləşmələrdən sonra növbəti danışıqlarda həllini tapacağı gözlənilir.
Əfqanıstanın "Tolo News" nəşri də İstanbul görüşündə sülhə doğru mühim addımlar atıldığını təsdiqləyib: "Böyük ehtimalla bu gün axşama doğru növbıti görüşdə digər məsələlər də öz həllini tapacacaq. Detallar bu görüşdən sonra veriləcək bəyanatda açqılanacaq"
Xatırladaq ki, Pakistan və Əfqanıstan arasında sərhəd toqquşmalarından sonra əvvəlcə 15 oktyabrda 48 saatlıq atəşkəs elan edilib. Daha sonra isə Türkiyə və Qətərin dəstəyi ilə Dohada keçirilən danışıqlarda atəşkəs müddəti iuzadılıb.
Məlumatda o da deyilir ki, Dohada keçirilən 14 saatlıq danışıqlarda Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın da iştirak edib.
Firudin Səfərli
MİA.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.