AZ

Miri Yusif doğum gününü belə qeyd etdi - FOTOLAR

Xalq artisti Miri Yusif doğum gününü sevənləri ilə qeyd edib. 

Musavat.com xəbər verir ki, sənətçi özəl gününü fan klubunun üzvləri ilə keçirib.

Xalq artisti pərəstişkarları üçün sevilən mahnılarını səsləndirib, xatirə fotoları çəkdirib. 

Müğənni çıxışları zamanı sevənləri ilə söhbət etməyi də unutmayıb:

“Bura gəlməmiş Yaşıl Teatrın rəhbərliyi ilə danışdım. İyul ayında ən azı 3 gün konsert vermək istəyirəm. İstəyim 5 gündür. Danışıqlara başlamışıq”.

Xalq artisti özünə rəqib olaraq yalnız özünü gördüyü də gizlətməyib:

“Miri Yusifin rəqibi elə Miri Yusifdir. Dünənki rəqibim bugünkü Miri Yusif idisə, bugünkü rəqibim sabahkı Miri Yusifdir”.

Qeyd edək ki, Xalq artisti doğum gününü bu gün isə Ümid Yeri Uşaq Sığınacağındakı kimsəsiz uşaqlarla keçirəcək.

Könül
Musavat.com

 

Seçilən
13
29
musavat.com

10Mənbələr