AZ

Ermənistan ədliyyə naziri: Şəxsi həyata müdaxilə yolverilməzdir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan şəxsi həyata müdaxilənin qəbuledilməz olduğunu bildirib. O, sosial şəbəkələrdə yayılan və arxiyepiskop Arşak Xaçatryana aid olduğu iddia edilən intim xarakterli videoya münasibət bildirib. Nazir vurğulayıb ki, şəxsi məlumatların yayılması cinayət məsuliyyəti yaradır və video saxta deyilsə, cinayət işi başlana bilər.

Xaçatryan isə videonun ona aid olmadığını, bunun hakimiyyətin təbliğat məqsədli təxribatı olduğunu deyib.

Qalyan həmçinin Ovanavankdə polisin zor tətbiq etməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirərək qeyd edib ki, əgər zorakılıq faktı təsdiqlənərsə, hüquq-mühafizə orqanları buna hüquqi qiymət verməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr