AZ

İstanbulda Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olunub (FOTO)

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində Xalq şairi Bəxtiyar Vahabzadənin100 illik yubileyinə həsr olunan tədbirlər keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi iləbaş tutan tədbirlər “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyininşairin yubileyi münasibətilə hazırladığı ikigünlük layihəçərçivəsində təşkil olunub.

Layihənin ilk günündə Bəxtiyar Vahabzadənin həyat vəyaradıcılığına həsr edilən “Axı dünya fırlanır” adlı panel iclasıolub. İclasda İstanbul Mədəniyyət Universitetinin müəllimi İsaKocakaplan, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru İmdat Avşarvə “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin rəhbəri KəmaləKamal Cabbarovanın Bəxtiyar Vahabzadə ilə bağlı məruzələridinlənilib.

Həmçinin Hafiz Ataxanlının, Günel Karatepenin, Zeynəb Yalçının,Sahil Nəzərovun birgə hazırladığı və Bəxtiyar Vahabzadəyə həsredilən “İstiqlal şairi” sənədli filminin premyerası olub. Filminmusiqilərini Orxan Lətifzadə bəstələyib. Bundan başqa, şairin həyatvə yaradıcılığını əks etdirən sərgi açılıb.

Tədbirin bədii hissəsində aşıq Rəna Quliyevanın ifasındaBəxtiyar Vahabzadənin şeirlərinə bəstələnən mahnı səsləndirilib.Məktəbli Arvis Sadigov şairin “Azərbaycan-Türkiyə” şeirinideyib.

Layihənin ikinci günündə isə birliyin nəzdində fəaliyyətgöstərən Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrının görkəmlişairin əsərləri əsasında hazırladığı "Yağışdan sonra" tamaşasınınpremyerası olub. Tamaşa Azərbaycan Diasporuna Dəstək Fondunundəstəyi ilə səhnələşdirilib. Minə Bayrakerinin rejissorluğu iləərsəyə gələn səhnə əsərində aktyorlar Neda Sözbir, MehmetTürkbeyler, Vüsalə Əsgərova, Maruf Demirtaş, Jale Çinar, BülentAltay, İbrahim Domruk, Murat Eren Dikbasan və Şamira Osmanova rolalıb. Tamaşanın truppa rəhbəri Bəhram Afsal, musiqi tərtibatçısı“Xarıbülbül” Azərbaycan Mədəniyyət Dərnəyinin musiqi bölməsininrəhbəri, müğənni-aktrisa Vüsalə Əsgərova, dekor tərtibatçısı AylinAxundova, səs tərtibatçısı isə Hilal Alp olub.

İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
İstanbulda
Seçilən
24
3
az.trend.az

4Mənbələr