ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
“Fəzail müəllimlə səhhəti pisləşdiyi günün səhəri danışmışam. Bu həftə hüquqi addımlar atacağıq. Qurultayın nəticələrinin tanınması üçün Ədliyyə Nazirliyinə müraciət olunacaq. Təbii ki, qurultayda baş verənlər Azərbaycan cəmiyyəti üçün adət olunmuş durumlardan deyil. Buna əsas səbəb Ana Vətən Partiyasında mövcud partiyadaxili demokratiyanın yüksək olmasıdır. Partiyanın buraxılması ilə bağlı məsələ də Partiyanın qurultayının səlahiyyətində olan məsələdir. Hazırda partiyamızın gündəmdində belə bir məsələ yoxdur”.
KONKRET.az xəbər verir ki, bu sözləri pravda.az-a açıqlamasında AVP-nin keçmiş sədri Fəzail Ağamalının oğlu Elçin Ağamalı deyib.
“Mənimlə hansısa səviyyədə heç kim əlaqə saxlamayıb. Sənədlərimizi hazırlayırıq, Ədliyyə Naziliyinə təqdim edəcəyik”, – E.Ağamalı bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.