AZ

Xaçmazda dünyasını dəyişən müəllimənin 3 övladı qalıb FOTO/VİDEO

ain.az, Bizim media saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Xaçmaz şəhərindəki Çingiz Abdullayev adına 2 saylı tam orta ümumtəhsil məktəbin ibtidai sinif müəllimi Elnarə Hümmətova dünən vəfat edib. Həmin məktəbin direktoru Sevinc Sədullayeva Bizim.Media-ya dünyasını dəyişən müəllimə haqda danışıb.Onun sözlərinə görə, Qubanın Qalaxudat  kəndində doğulan Elnarə Hümmətova 2001-ci ildə ailə quraraq Xaçmaza gəlin köçüb:“2008-ci ildən bu məktəbdə işləyirdi. 2 oğlu, 1 qızı var. Qızı birinci sinifdə oxuyur. Oğlanlarından biri Türkiyədə magistraturada, biri isə Bakıda  ali məktəbdə oxuyur”.Sevinc Sədullayeva mərhumun bu gün yaşadığı Qaraqurtlu kənd qəbristanlığında torpağa tapşırılacağını deyib.Direktorun Elnarə Hümmətova ilə bağlı saytımıza göndərdiyi foto və videolarını təqdim edirik.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
2
bizim.media

3Mənbələr